Səhifəmizə xoş gəlmişsiniz!


"PİK" Prodakşn - müasir, çoxşaxəli prodakşn-kompaniyadır. Bizim fəaliyyət dairəsi, "Biz həyatı effektiv edir, arzu və ideyaları reallığa çeviririk" devizi altında birləşdirilmiş müxtəlif sahələri əhatə edir. ""PİK" Prodakşn, qısametrajlı və tam metrajlı filmlərin, seriallar, kliplər, videoçarxlar, professional reklam çarxları və təqdimat videolarının istehasalı ilə məşğuldur.

Film və video istehsalatı - məsuliyyət, professional yanaşma və yaradıcılıq qabiliyyəti tələb edən, mürəkkəb bir prossesdir.

Bizim prodakşının unikal və orijinal işləri, digər şirkətlərin məhsulları ilə müqayisədə, faydalılığı və özəlliyi ilə seçilir. Keyfiyyətli filmin, serialın və yaxud videoçarxın istehsalında əsas amil, istənilən ideya və fikri həyata keçirə biləcək komandanın yığılmasıdır. Bu baxımdan "PİK" Prodakşn film və video istehsal sahəsində yüksək təcrübəli mütəxəssilərdən ibarət, vahid kollektivə malikdir.

Şirkətin fəaliyyəti dövründə reklamlar, kliplər, biznes üçün video-təqdimatlar, çox sayda korporativ təqdimat filmləri, tammetrajlı bədii film "Bumeranq", televiziya serialı "Cavanlıq", habelə bir çox unudulmaz əsərlər işıq üzü görmüşdür. Öz işimizlə sübut etmişik ki, "PİK" Prodakşn, illərin təcrübəsinə malik, öz işinin ən incə nüansları və xüsusiyyətlərini mükəmməl bilən, maraqlı, yaddaqalan, effektiv film və video istehsal edən mütəxəssilərdən ibarətdir.

Biz, film və video istehsal sahəsinə bütün bilik və bacarığımızı, yüksək təcrübəmizi qoyuruq. Bizim işlərimiz, hər ay yerli və xarici televiziya kanallarında yayımlanır, habelə sərgilər, korporativ tədbirlər, ticarət mərkəzləri və bir çox yerlərdə müvəffəqiyətlə nümayiş olunur. Bizim məhsulların mükəmməlliyinə keyfiyyətinə inanan və bizimlə əməkdaşlıq edən müştərilərimiz sırasında Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Ukrayna, Belarusiya və bir çox ölkələrin şirkətlərini qeyd etmək olar.